Azan zikrləri!

(Azan eşidildikdə) müəzzinin dedikləri təkrar olunmalıdır. Yalnız:
  1. (Hayyə aləs-saləh! Hayyə aləl-fələh!)
    «Namaza tələsin!», «Nicat tapmağa tələsin!» ifadələrinin hər biri:

  2. (Lə həulə və lə quvvətə illə billəh!)
    «Qüdrət və güc yalnız Allaha aiddir!» ifadəsi ilə əvəz edilməlidir.

  3. (Və ənə əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və Rasuluhu. Radıtu billəhi Rabbən və bi Muhəmmədin rasulən və bil-isləmi dinən.)

«Mən də şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Allahın Rəbb, Muhəmmədin elçi və İslamın din olduğundan razıyam!» Bu, müəzzinin şəhadət gətirməyinin ardınca deyilir.


Azanı eşidib müəzzinin dediklərini axıra qədər təkrar edən şəxs söylədiklərini bitirdikdən sonra Peyğəmbərə salavat gətirməlidir. Sonra da bu duanı oxumalıdır: 
(Allahummə Rabbə həzihid-də'vətit-təmmə vəs-səlatil qaimə əti Muhəmmədən əl-vasılətə vəl-fadılətə, vəb'ashu məqamən məhmudənilləzi va'adtəhu.)
«Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır».

Azan və iqamə arasında özü üçün dua edir. Çünki bu vaxt edilən dua cavabsız qalmır.