Dəstamazın müqəddiməsi təharətdir.Təharətsiz dəstamaz batildir.Risalələrdə ayrıca olaraq Təharət bəhsi mövcuddur və əlavə məlumat almaq üçün gərək hər kəs mütləq olaraq Risaləyə nəzər salsın.Biz burda bəzi məsələləri bəyan edəcəyik.İnsan ayaqyoluna girərkən çox diqqət etməlidir.Bəzi əməllər varki ayaq yolunda haramdır,vacibdir,müstəhəbdir və məkruhdur.Bunlar haqqda risalədə çox geniş məlumatlar verilib.Ayaq yoluna sağ ayağla daxil olub sol ayağla çıxmaq müstəhəbdir.Ayaqyolunda zərurət olmadıqca danışmaq məkruhdur.Ayaqyolunda üzü və arxası qibləyə oturmaq haramdır.Ayaqyolunda sidiyin məxrəcin su ilə paklamaq vacibdir.
İndi isə biz yalnız kişilərə məxsus olan İstibra haqqında məlumatı qeyd edirik:
İstibra müxtəlif növlərdədir.Ən məhşur və Risalələrdə qey olunanı budur:
Əgər nəcisin məxrəci bulanıbsa əvvəl onu pak edib sonra sidiyin məxrəcin paklamaq lazımdır(sidiyin məxrəci sudan qeyri şeylə paklanmaz).Sonra aləti sünnət yerinə qədər 3 dəfə dartmaq lazımdır.Sonra sünnət yerin 3 dəfə sıxmaq lazımdır.Daha sonra əgər su kürrü sudursa bir dəfə yumaq kifayətdir.Yaxşı olarki 3 dəfə yuyulsun.Amma az sudursa 3 dəfə yumaq vacibdir.Əgər istibra edilməsə dəstamazdan sonra insandan bir su gəlsə şəkk etsəki sidikdir ya başqa su o zaman dəstəmazı batildir.
Dəstəmaz alarkən niyyət etmək vacibdir. Məsələn, niyyət edib desin ki, namaz qılmaq (və ya hər hansı ibadəti yerinə yetirmək) üçün dəstəmaz alıram qürbətən iləllah. ("illəllah” demək tam əks mə’na verir bu barədə diqqətli olmaq lazımdır.) Və bu iş Allahın əmrini yerinə yetrimək üçün olmalıdır, əgər başqa niyyətlə olarsa, məsələn, sərinləmək və ya özünü başqasına göstərmək üçün olarsa, batildir.
Dəstamazın hökümleri ve şərtləri:
1.Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Başın qabaq tərəfinə və ayaqların üstünə məsh edilsin.
2.Üzü yuyandan sonra əvvəlcə sağ əli, sonra isə sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır.* Dirsəyin tamamilə yuyulmasını yəqin etmək üçün bir az dirsəkdən yuxarı yuyulmalıdır.
3.Dəstəmazda üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə müstəhəb, üçüncü və daha artıq dəfələrdə isə haramdır.
4. Əlləri yuduqdan sonra əldə qalan dəstəmaz suyu ilə başın qabaq tərəfinə(sağ əllə) məsh edilməlidir. Başın alın tərəfində olan dörd qismətdən biri məsh yeridir. Onun hər hansı yerinə, məsh qədərində çəksələr kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, uzunluğu bir barmağın uzunluğu, eni isə üç bağlı barmaq qədər məsh etsin.
5. Başı məsh etdikdən sonra, əldə qalan dəstəmaz suyu ilə ayaqlara–sağ əllə sağ ayağın üstünə, sol əllə sol ayağın üstünə-barmaqlardan birinin ucundan, ayağın üstündə olan çıxıntıya(topuğa) qədər məsh etməlidir.* Corabın və ya ayaqqabının üstündən məsh çəkmək batildir.Məsh zamanı məsh yerinin(başın və iki ayağın)quru olması vacibdır.Əgər yaş vəziyyətdə məsh çəkilərsə batildir.Amma ayağda az acıq nəmlik olsa və əlin suya məsh zamanı o nəmliyi itirsə hec bir işğalı yoxdur.
Dəstəmaz alinmasi vacib olan əməllər!
Altı şey üçün dəstəmaz almaq vacibdir:
1-Meyyit namazından başqa sair vacibi namazlar üçün;Həttda müstəhəb namazların düzgün olması üçün dəstamaz almaq şərtdir.
2-Unudulmuş təşəhhüd və səcdə üçün.Əgər onlar ilə qıldığı namaz arasında hədəs (sidik kimi) baş vermiş olarsa.Amma səcdeyi-səhv üçün dəstamaz almaq vacib deyil.
3-Kə’bənin vacibi təvafı üçün;
4-Dəstəmaz alması üçün Allah ilə əhd bağlasa, and içsə və ya nəzir etsə;
5-Əgər bədənin hər hansı yerini Qur’anın yazılarına vurmağı nəzir etmişsə;
6-Nəcis olmuş Qur’anı suya çəkmək, yaxud onu, tualet və s. kimi yerlərə düşdüyü halda çıxartmaq üçün-əgər əli və bədənin başqa yerlərini Qur’anın yazılarına vurmağa məcbur olsalar. Amma dəstəmaz almaq qədərindəki fasilədə Qur’ana ehtiramsızlıq olarsa, dəstəmaz almadan Qur’anı tualetdən çıxartmaq, yaxud nəcis olduğu halda suya çəkmək lazımdır. Mümkün qədər gərək Qur’anın yazısına əl vurulmasın.
Dəstəmazın düzgün olma şərtləri:
1-ci şərt: suyu pak olsun.
2-ci şərt: dəstəmazın suyu mütləq(saf) olsun. Murdar və qarışıq su ilə alınan dəstamaz batildir.Həttda insan onun murdar və ya qarışıq olduğunu bilməsə,yaxud unutsa belə, həmin hokum daşıyır.Əgər həmin dəstamazla namaz qılmışsada namazı yenidən düzgün dəstamazla qılmalıdır.
3-cü şərt: dəstəmazın suyu mübah olsun (qəsbi olmasın)
4-ci şərt: dəstəmaz üzvləri yuyulduqda və məsh edildikdə pak olsun.
5-ci şərt: namaz və ya dəstəmaz üçün kifayət qədər vaxt olsun.
6-ci şərt: dəstəmazı qürbət qəsdi ilə, yə’ni Allah Təbarək və Təalanın əmrini yerinə yetirmək üçün dəstəmaz alsın. Amma sərinləmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.
7-ci şərt: dəstəmazı əvvəldə qeyd olunan ardıcıllıqla yerinə yetirsin. Yə’ni əvvəlcə üzünü, sonra sağ əlini, daha sonra sol əlini yuyub əvvəlcə başına, sonra isə ayaqlarına məsh etsin. Sağ ayağa sol ayaqdan əvvəl məsh etmək müstəhəbdir. Əgər bu ardıcıllıqla alınmasa, dəstamaz batildir.
8-ci şərt: dəstəmazın əməllərini fasiləsiz olaraq yerinə yetirsin.
9-cu şərt: üzün, əllərin yuyulmasını, başa və ayağa məsh çəkilməsini insanın özü yerinə yetirsin: başqası ona dəstəmaz alsa, yaxud kömək etsə, dəstəmazı batildir.
10-cı şərt: sudan istifadə olunmasının şəxsə heç bir maneəsi olmasın.
11-ci şərt: dəstəmazın üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneə olmasın.
Dəstəmazi batil edən şeylər:
Aşağıda qeyd olunan işlərin hər hansı birindən sonra namaz üçün dəstəmaz almaq vacibdir. Qeyd etmək lazımdır ki, bu işlər«dəstəmazın səbəbləri»və ya «dəstəmazı batil edən şeylər» adlanır.
1-Sidik;
2-İfrazat;
3- İfrazat məxrəcindən xaric olan mə’də və ya bağırsaq yeli;
4-Gözün görmədiyi və qulağın eştmədiyi yuxu (amma əgər göz görməsə amma qulaq eşitsə və əksinə olduqda dəstəmaz batil olmaz);
5-Ağlı aradan aparan şeylər (dəlilik, məstlik, huşdan getmə kimi);
6-Qadının istihazəsi,
7-Qusul alması lazım olan işlər (cənabət kimi) və müstəhəb ehtiyata əsasən qüslu vacib edən hər bir iş dəstamazı pozur.