Zikr!
Mənəvi baximdan zikr iki hissiyə ayrilir:
1) Kiçik zikr;
2) Böyük zikr;
Kiçik zikr insanin yerinə yetirdiyi ibadətlərdir ki, onlari həyata keçirdikcə müəyyən mərhələləri adlayir və nəticədə pis işlərdən özünü uzaq saxlayir.
Böyük zikr isə ümmüyətlə insanin pis işlərə nifrət bəsləməsi deməkdir. Yəni insan elə bir məqama yetişir ki, pis işlər əsasli sürətdə onun zehninə və mənəviyyatina yaxin dura bilmir. Bu insan üçün ruhani və mələkuti bir məqamdir. Belə bir məqama yetişmiş insan zati sürətdə paklaşmiş olur.
Min bir sayda olan Allah ismlərinin zikrinə gəlincə deməliyik ki, bunun açari Əmirəl-muminin Əlinin (ə) əlindədir və istədiyi şəxsə əta edə bilər. Allah təalanin cəlali ismləri ilə heç bir şəxsi adlansirmaq olmaz. Yəni misal olaraq Subhan adini kiməsə vermək olmaz. Amma cəmali adlarindan, məsələn Əzim, Kərim və s. bu kimi adlardan şəxsi ad kimi istifadə etmək olar.