reklam
RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ
Allah-taala müqəddəs Qur`anda buyurur:
إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَ الأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ...
"Hәqiqәtәn, Allah yanında, göylәr vә yeri yaradarkәn ilahi kitabda mövcud olan ayların sayı on ikidir. Onların dördü haram aylardır”. (Tövbә surәsi, 36-cı ayә)
«Qәmәri ayları»
Bildiyiniz kimi, hicri-qәmәri tәqviminin әsası, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) Mәkkәdәn Mәdinә şәhәrinә hicrәt etmәsi ilә qoyulmuşdur.
Qәmәri tәqvimi aşağıda qeyd olunan on iki aydan tәşkil olunmuşdur:
1-Mәhәrrәm;
2-Sәfәr;
3-Rәbiül-әvvәl;
4-Rәbiüs-sani;
5-Cәmadiül-әvvәl;
6-Cәmadiüs-sani;
7-Rәcәb;
8-Şәban;
9-Ramazan;
10-Şәvval;
11-Zilqәdә;
12-Zilhəccә.
Qeyd etmәk lazımdır ki, Tövbә surәsinin 36-cı ayәsindә sözügedən «dörd haram aylar”dan mәqsәd, aşağıdakılardır:
1-Zilqәdә;
2-Zilhiccә;
3-Mәhәrrәm;
4-Rәcәb.
Müqəddəs İslam şәriәtinin göstәrişinә әsasәn bu dörd ayda müharibәyә başlamaq qadağandır. Elə buna görə də bu aylara «dörd haram ay» adı verilmişdir.
Hәmçinin, qeyd etmәk lazımdır ki, qәmәri tәqvimi, Mәhәrrәm ayı ilә başlanır vә Zilhəccә ayı ilә sona yetir.