Baş səhifə » Əl-Əhli Beyt » Həyati |
Həzrəti Muhəmməd (s.a.s):
26.03.2014, 05:27 | |
Həzrəti Muhəmməd (s.a.a.s) ilə Şeytanın Danışığı..
Bir gün Muhəmməd peyğəmbər (s.ə..a.s) məsciddən çıxarkən bir kənarda beli bükülmüş şeytanı görür. Peyğəmbər (s.ə.a.s) ona yaxınlaşıb onu söhbətə tutur:
- Ey lənətlik sənin söhbət yoldaşın kimdir?
* Sələm verənlər
- Dostun kimdir?
* Zina edənlər və yalan danışanlar. Çünki ilk yalanı mən danışmışam.
- Yataq yoldaşın kimdir?
* Sərxoşlar
- Qonağın kimdir?
* Oğrular
- Sözünün nuru nədir?
* Nigahın pozulması
- Sevgilin kimdir?
* Gündəlik və cümə namazlarını tərk edənlər
- Qəlbini nə qırır?
* Allah yolunda edilən cihad.
- Səni qurudub məhv edən nədir?
* Tez-tez "Əstəğfur" deyilməsi. Bu zaman mən xəstə oluram.
- Gözünü kor edən nədir?
* Gecə namazı
- Belini nə qırır?
* Gündəlik qılınan namazlar, xüsusən də camaat namazı Yalandan and içənlər mənim sevgilimdir. Onlar hər dəfə yalandan and içdikdə mən onlara daha yaxın oluram. İnsan nə zaman namaza gedmək istəsə onu vəs-vəsə edirəm. Onu tutub deyirəm:
"Hələ namazın vaxtına var, sən də məşğulsan, işini gör, sonra gedərsən. O da namazın vaxtı keçəndən sonra qılar, bu isə fəzilətli namaz olmaz. Hələ insan namaz qılarkən onu o tərəf, bu tərəfa baxmağa, tez-tez qılmağa vadar edirəm. Daha sonra insanı barmaqlarını şaqqıldadmağa vadar edirəm, bu zaman isə o Allaha yox, mənə ibadət etmiş olur.
| |
Категория: Həyati | | | |
Просмотров: 244 | Загрузок: 0 |