Baş səhifə » Əl-Əhli Beyt » Həyati |
Mövzular: 8 1-8 |
Bir kişi Hz.Peyğəmbərin (s) yanına gəlib ərz etdi: “Ey Allahın Rəsulu.Günahlarım çoxalıb, əməllərimsə zəifləyib və azalıb.” Allahın Peyğəmbəri (s.a.a.v.s) buyurdu: “Çox səcdə et. Çünki külək ağacların yarpağını tökdüyü kimi, səcdə də günahları tökər." |
Hәzrәti Әli (ә) bir gün mәscidә girdi. Gördü kişilәr nәyisә müzakirә edirlәr. İbn Abbasda (r.ә) orda idi.
Hәzrәti Әli (ә) İbn Abbasdan soruşdu nә olub?
İbn Abbas dedi: - Kişinin әn ağır, әn әlacsız vaxtı nә vaxtdır, onu müzakirә edirlәr.
Biri deyir ailәsi xәstә olanda, biri deyir övladı olmayanda vә s.
Ardınca İbn Abbas dedi:
- Ya Әli sәnin fikrin nәdi?
Gördülәr Әlinin gözlәri yaşla doldu. Әli (ә) dedi:
- Kişinin әn ağır vәziyyәti odur ki, Xeybәrin qapısını sındıran әllәr onda ola, Zülfiqar kimi qılınca sahib ola amma yoldaşı qapı ilә divar arasında qala heçnә edә bilmәyә. |
Bir nəfər rəsullahın yanına gəlib soruşdu:
Ya peyğəmbər, mən kimə daha çox yaxşılıq etməliyəm? Cavab verdi: "Anana!”
O adam soruşdu: "Sonra kimə?”
Peyğəmbər buyurdu: "Anana!”
Həmin adam yenə soruşdu: "Sonra kimə?”
Peyğəmbər yenə "Anana!”. – dedi. O adam bir də bir də:
"Bəs sonra kimə” - soruşduqda, Rəsuli – Əkrəm buyurdu: "Sonra atana!” |
Bir kişi uşağini götürüb Həzrət Muhəmməd Peyğəmbərin (s.a.s) yanina gəlir və sual edir:
- Ey Allahin Resulu (s.a.s), uşağimin tərbiyəsi ilə nə vaxtdan meşğul olum?
Hezret (s) soruşur:
- Uşağin neçə yaşi var?
Bir yaşi Ya Rəsulallah.
Hezret (s.a.s) buyurur:
- Iki il gecikmisiz.
Peyğəmbərin (s.a.s) buyurduğundan məlum olur ki, övladin tərbiyəsi halal tikədən, pak qidadan, gözəl övqatdan aslidir.
Qurani- Kərimdə buyurulur:
"Saf toxum munbit torpaqda Allah-taalanin izni ilə daha yaxşi bitər."
(El-eraf suresi,58-ci aye) |
Bir gün Peyğəmbərimiz (s.ə.v) Hz. Əli-dən soruşar:
-Ya Əli Allahı sevirsən?
- Bəli Ya Rəsulullah
-Yaxşı Məni sevirsənmi ?
- Bəli Ya Rəsulullah
-Yaxşı Həyat yoldaşını sevirsənmi?
- Bəli Ya Rəsulullah
- Yaxşı bəs uşaqlarını necə sevirsənmi?
- Bəli Ya Rəsulullah
- Yaxşı onda bunların hamısını ürəyində necə daşıyırsan? deyə soruşanda, Hz. Əli bu gözlənilməz sualın qabağında duruxdu və cavab vermədi.
-Bunu fikirləşməliyəm deyə Rəsulullahın yanından ayrılır. Hz. Əli fikirli şəkildə gəzərkən, Həyat yoldaşı Hz. Fatimə Onun fikirli olduğunu görür və soruşur.
- Nədir bu halın Ya Əli? Əgər bu düşündüklərin dünya qayğılarına görədirsə, Sənə yaraşmaz dünya qayğıları haqda fikirləşmək, Yox əgər bu halın İlahi qayğılarına görədirsə, anlat birlikdə həll yolunu tapmağa çalışaq deyər. Hz. Əli Peyğəmərimizlə danışdığı dialoqu bir-bir Hz. Fatiməyə danışmağa başlayır. Hz. Fatimə bu halı öyrəndikdən sonra gülümsəyər və deyər.
Ya Əli Atama get və de ki;
Bir insan Allahı ağlıyla və ruhuyla sevər.
Peyğəmbərini qəlbi ilə sevər.
Həyat yoldaşını nəfəsi ilə sevər.
Uşaqlarını isə şəfqəti ilə sevər. |
Bir dəstə adam Həzrət Əmirəmöminin Əlinin(ə)ardınca hərəkət еdirdilər.Həzrət(ə) оnlardan sоruşdu-:
«Siz kimsiniz?»
Оnlar dеdilər:
«Ya Əmirəlmöminin! Biz sənin ardıcıllarınıq».
Həzrət (ə.) buyurdu:
«Bəs niyə mən sizdə, mənim davamçım оlmağınızın əlamətini görmürəm?»
Оnlar dеdilər: «Sizin davamçılarınızın əlaməti nədir?»
Həzrət (ə.) buyurdu:
«Mənim davamçılarımın bеlə bir əlaməti vardır:
1. Sifətləri gеcə оyaq qalmaqdan və ibadətin çоxluğundan sarıdır.
2. Bədənləri оruc tutmaqdan arıqlayıb.
3. Dоdaqları həmişə haqqı zikr еdər və dоdaqları zikrin çоxluğundan quruyubdur.
4. Оnların üzünə Allah qоrxusunun tоzu qоnubdur» |
Həzrəti Muhəmməd (s.a.a.s) ilə Şeytanın Danışığı..
Bir gün Muhəmməd peyğəmbər (s.ə..a.s) məsciddən çıxarkən bir kənarda beli bükülmüş şeytanı görür. Peyğəmbər (s.ə.a.s) ona yaxınlaşıb onu söhbətə tutur:
- Ey lənətlik sənin söhbət yoldaşın kimdir?
* Sələm verənlər
- Dostun kimdir?
* Zina edənlər və yalan danışanlar. Çünki ilk yalanı mən danışmışam.
- Yataq yoldaşın kimdir?
* Sərxoşlar
- Qonağın kimdir?
* Oğrular
- Sözünün nuru nədir?
* Nigahın pozulması
- Sevgilin kimdir?
* Gündəlik və cümə namazlarını tərk edənlər
- Qəlbini nə qırır?
* Allah yolunda edilən cihad.
- Səni qurudub məhv edən nədir?
* Tez-tez "Əstəğfur" deyilməsi. Bu zaman mən xəstə oluram.
- Gözünü kor edən nədir?
* Gecə namazı
- Belini nə qırır?
* Gündəlik qılınan namazlar, xüsusən də camaat namazı Yalandan and içənlər mənim sevgilimdir. Onlar hər dəfə yalandan and içdikdə mən onlara daha yaxın oluram. İnsan nə zaman namaza gedmək istəsə onu vəs-vəsə edirəm. Onu tutub deyirəm:
"Hələ namazın vaxtına var, sən də məşğulsan, işini gör, sonra gedərsən. O da namazın vaxtı keçəndən sonra qılar, bu isə fəzilətli namaz olmaz. Hələ insan namaz qılarkən onu o tərəf, bu tərəfa baxmağa, tez-tez qılmağa vadar edirəm. Daha sonra insanı barmaqlarını şaqqıldadmağa vadar edirəm, bu zaman isə o Allaha yox, mənə ibadət etmiş olur. |
Hz.Əli (ə) - dan Allahin yaratdiği ən gözel şey nədir? - deyə
soruşulduqda, belə cavab verdi:
- "Sözdür"!
Allahin yaratdiği ən çirkin şey nədir? - deyə soruşulduqda, yenə:
- "Sözdür"-deyə buyurdu:
- Üzü ağardan da sözdur, qaraldan da! |